Şirvanda üç uşaq dərmandan zəhərlənib

Şirvanda üç azyaşlı zəhərlənib.
 
APA-nın məlumatına görə, hadisə Şirvan şəhəri, Tağıyev küçəsi ev 5 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 5 yaşlı Fidan Məlikova, onun qardaşı, 4 yaşlı Ramal Məlikov və onların qonşusu, 7 yaşlı Xanlar Babayev binanın həyətinə qoyulmuş ziyanvericilərə qarşı dərmandan yeyiblər. Uşaqların vəziyyəti qəfildən pisləşib və onlar dərhal xəstəxanaya yerləşdiriliblər.
 
Zəhərlənən uşaqların müalicəsi davam etdirilir.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.