Jurnalist Əfqan Sadıqovun məhkəməsi keçirilib

 Dekabrın25-da  Sumqayıt Apelyasiya Məhkəməsində  Azel.TV saytının təsisçisi, jurnalist Əfqan Sadıqovun məhkəməsi  baş tutub. 
 
 Bu baradə sosial şəbəkədə yayımlanan canlı yayımda məhkəmədən sonra jurnalistlərə verdiyi açıqlamada Vəkil Elçin Sadıqov  deyib. 
 
Onun sözlərinə görə, hakim  müdafiə tərəfin vəsatətlərini, o cümlədən Sadıqovun ev dustaqlığına keçirilməsi haqqında vəsatətini təmin etməyib.
 
"Məhkəmə hakim Məhəməd Əlirzayevin sədrliyilə keçirildi.  Əfqan Sadıqov barəsində qaldırdığımız həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair  vəsatətimiz təmin olunmadı.  O cümlədən biz vəsatət qaldırmışdıq ki, Zakir Fərəcovun  şahid qismində didndirilsin, bu  vəsatət  də təmin olunmadı".  
 
E.Sadıqovun sözlərinə görə, növbəti məhkəmə 2021-ci ilin yanvar  ayının 22-i, saat 12:00-a  təyin edilib.