Jurnalist polisə aparılıb

Azadlıq" qəzetin jurnalisti Təzəxan Mirələmli evdən polis tərəfindən aparılıb. 

 
Bu barədə Turana məlumat verən Mirələmlinin yaxınları bildirib ki, jurnalist dünən, aprelin 3-də sosial şəbəkədə yazdığı statusa görə Bakı Şəhər Baş Polis İdarəsinə aparıldı. "Bir az olar evimizə polis gəlib atamı Bakı Şəhər Baş Polis İdarəsinə apardılar. Aralarında olan söhbətdən başa düşdüm ki, yazdığı statusa görə aparıblar. Başqa bir şey demədilər". 
 
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Turana bildirdi ki, məsələdən xəbəri yoxdur.
 
Martın əvvəlində "Azadlıq" qəzetinin müxbiri Təzəxan Mirəmliyə Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi açıldı. 
 
Ona qarşı cinayət işini özünü videobloqer kimi təqdim edən Ata Abdullayev tərəfindən verilmiş şikayəti əsasında açılıb.