Kərbəlanın son şəhidi – Süveyd ibn Əmr ibn Əbül-Müta

 
Süveyd ibn Əmr ibn Əbül-Müta çoxlu namazqılan və abid bir şəxs idi. (Təqribən, 70 yaşı var idi.) Tarixçilərin nəqlinə əsasən, o, Aşura günü İmam Hüseyndən (ə) icazə aldıqdan sonra döyüş meydanına yollandı və bu rəcəzi oxudu: 
 
اُقْدِمُ حُسَیْنُ الْیَوْمَ نَلْقى أَحْمَدا 
وَشَیْخَکَ الْحِبْرَ عَلِیّاً ذَا النَّدى 
وَحَسَناً کَالْبَدْرِ وافِی الاَسْعَدا 
وَعَمَّک الْقَرْمَ الْهُمامَ الاَرْشَدا 
حَمْزَةَ لَیْثَ اللهِ یُدْعى أَسَدا 
وَذَا الْجَناحَیْنِ تَبَوّا مَقْعَدا 
فِی جَنَّةِ الْفِرْدَوْسِ یَعْلُو صَعَدا 
 
“Ey Hüseyn (ə), cəddin Əhməd (s), əzəmətli atan Əli (ə), on dörd gecəlik ay və kamala çatmış qardaşın, Allahın şiri adlandırılan böyük seyid Həmzə, Bərrin Cənnətində iki qanadla (uçan) və uca məqama malik olan Cəfərlə görüşmək üçün öncə addım atdım.” (“Əyanuş-şiə”, c.1, səh.606; “Təbəri tarixi”, c.4, səh.346.) 
 
O, döyüş meydanında şücaətlə döyüşdü və cəsarətli döyüşdən sonra qana bulaşmış halda yerə yıxıldı və huşunu itirdi. Düşmən qoşunu onun öldüyünü güman edərək ondan əl çəkdi, amma o, İmam Hüseynin (ə) şəhadətindən sonra özünə gəldi və o Həzrətin (ə) öldürüldüyünü söylədiklərini eşitdikdə, yerindən qalxdı və düşmən qılıncını qarət etdiyi üçün, çəkməsinin içində gizlətdiyi bıçağı götürdü və düşmənə tərəf hücum çəkdi. İbn Sədin qoşunu onu mühasirəyə aldı və qılınc zərbələri ilə şəhadətə çatdırdı. O, İmam Hüseynin (ə) şəhadətindən sonra şəhid olan sonuncu Kərbəla şəhidi idi. (“Məqtəlul-Huseyn”, Müqərrəm, səh.254; “Əyanuş-şiə”, c.1, səh.606; “Təbəri tarixi”, c.4, səh.346; “Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.765-767.) 
 
Maide.az – Maarif bölümü