Kəşmirdə 'Ərbəin' mərasimləri keçirildi

Hindistanın nəzarətindəki Kəşmirdə dünən İmam Hüseynin şəhid edilməsinin qırxıncı günü münasibətilə mərasimlər keçirilib.

Bu barədə yerli mənbələr məlumat veriblər.

Vurğulanıb ki, "Ərbəin" mərasimlərinə yüzlərlə kəşmirli müsəlman qatılıb.

Mərasimlərdə İmam Hüseynin apardığı mübarizənin lehinə və dünyadakı hazırkı imperialistlər əleyhinə şüarlar da səsləndirilib.