Kəşmirdə gənclər işsizlik problemi təhlükəli həddə çatıb

Hindistan tərəfindən avtonom idarəetmə statusu ləğv edilən və bir çox məhdudiyyətlər tətbiq edilən Cammu Kəşmirdə işsizlik sürətlə artır.
 
Maide.az “dunyabulteni.net”ə istinadən xəbər verir ki, iş tapa bilməyən gənclər çarəni muzdlu olaraq orduya yazılmaqda görürlər.
 
Artıq yüzlərlə insan Sərhəd Mühafizə Qüvvələrində qeydiyyatdan keçmək üçün növbəyə düzülüblər.