Kərbəlada zəvvarlar üçün İmam Həsən Müctəba (ə) adına şəhərciyin açılışı olub - FOTO

Kərbəlada İmam Həsən Müctəba (ə) adına  xəstəxana və şəhərciyin açılışı olub. 
 
Maide.Az “imamhussain” saytına istinadla xəbər verir ki,  ötən gün  şəhərciyin  açlış mərasimində İraqın baş naziri Mustafa Əl-Kazimi  və digər rəsmilər iştirak edib.  
 
Şəhərcikdə 400-dən çox zəvvarın istirahəti üçün şərait yaradılıb. Zəvvarlara 3 dəfə yemək verilir, onlar internet və telefonla təmin olunurlar.  
 
Şəhərcikdə həmçinin yeni açılmış xəstəxanada koronavirus xəstələrinə də xidmət göstərilir. 
 
Ötən gün həmçinin  Kərbəlada İmam Hüseyn (ə) adına meydan layihəsini də açılışı olub.  Bu meydan Ərbəin ziyarəti və digər  dini ayinlər zamanı  avtomobillərin rahat hərəkət etməsi üçün  tikilib . 
 
Qeyd edək ki, İraq baş naziri Mustafa Əl-Kazimi  Kərbəla şəhərinə səfəri çərçivəsində İmam Hüseynin (ə) hərəmini ziyarət edib. 
 
Səfər çərçivəsində  baş nazir Kərbəla əyalət başçısı ilə Məhərrəm ayı öncəsi  bu şəhərdə mövcud olan  problemlər və şəhərin ehtiyacları ilə bağlı müzakirə aparıb.  
 
Xatırladaq ki, İmam Hüseynin (ə) hərəminin sərmayısi ilə  İraqda ən böyük dərman istehsalı zavodu tikilir.  Zavodun tikintisinin 65 faiz işləri tamamlanıb. Zavod Nəcəf-Kərbəla maqistral yolunun üzərində 20 min kvadratmetr ərazidə tikilir. Zavodda quraşdırlacaq avadanlıq  İtalya, Almaniya və Hindistandan idxal olunacaq.