Kərbəla şəhidləri - Həccac ibn Məsruq

O, “Məzhəc” qəbiləsindən və İmam Əlinin (ə) Kufədə yaşayan məşhur şiələrindən idi. İmam Hüseynin (ə) Kərbəlaya doğru hərəkət etdiyini eşitdikdə, Kufədən Məkkəyə doğru yola düşərək, yolda İmam Hüseynə (ə) qoşuldu.
 
İmam Hüseynin (ə) karvanı Hürrün qoşunu ilə üzləşdiyi gün, Həccac İmamın (ə) əmri ilə zöhr azanını verdi.
 
Aşura günü döyüş başladıqdan sonra Həccac meydana getmək üçün İmam Hüseyndən (ə) icazə istədi. Həzrət  icazə verdi. O, qanlı döyüşdən sonra qana boyandığı halda, İmamın hüzuruna qayıtdı. O, bu rəcəzi oxuyurdu:
 
فَدَتْکَ نَفْسی هادیاً مَهْدِیّاً            اَلْیَوْمَ اَلْقى جَدَّکَ النَّبیَّا
ثُمَّ اَباکَ ذَا النَّدى عَلِیّاً                   ذَاکَ الَّذی نَعْرِفُهُ الوَصِیّا
 
“Canım sənə fəda olsun, ey hidayət edən və hidayət yolunda olan! Bu gün cəddin Peyğəmbərlə (s), ondan sonra da bəxşiş və ehsan sahibi olan Əli (ə) ilə görüşəcəyəm; həmin kəs ki, onu Peyğəmbərin (s) canişini tanıyırıq!” İmam Hüseyn (ə) ona buyurdu: “Bəli! Mən də səndən sonra onlarla görüşəcəyəm!” 
 
Həccac yenidən döyüş meydanına yollandı və ağır mübarizədən sonra şəhadətə yetdi.
 
Maide.Az - Maarif  bölümü