Karantində olan Meksikalı gənc İslamı qəbul etdi - VİDEO

 

Aylardır internetdə İslamı araşdıran meksikalı gənc koronavirusa görə evində karantində olduğu müddətdə  video-söhbət etdiyi müsəlmandan kəlimeyi şəhadəti öyrənib və İslamı qəbul edib.
 
Maide.Az xəbər verir ki, "MilliQazete"nin xəbərinə görə, Mexiko şəhərində yaşayan Hektor Bonilla uzun müddət İslam barədə axtarış apararkən İnsan Dəyərləri Dərnəkləri Federasiyasının (IDDEF) Meksika nümayəndəsi Osman Reyes Salkedo tərəfindən hazırlanan videolara rast gəlib.
 
Videoları bir müddət izləyən Hektor Bonilla IDDEF Meksika nümayəndəsi Osman Reyes ilə əlaqə qurub və istədiyi kitablardan İslam haqqında məlumat alıb.
 
Qeyd edək ki, 174 milyonluq əhalisi olan Meksikada cəmi 1 faiz müsəlman yaşayır.