Kofe ilə arıqlama təhlükəli ola bilər

Dietoloq Marqarita Korolyova kofe yardımı ilə arıqlamağın təhlükəli olduğunu açıqlayıb.
 
Maide.Az "Sputnik" istinadla xəbər verir ki, həkimin sözlərinə görə, kofein maddələr mübadiləsini tezləşdirir. Bu isə çox zaman ürək çatışmazlığı ilə nəticələnir.
 
"Biz kofeini yağ yandırıcı kimi nəzərdə tutaraq gün ərzində 8 fincan kofe içsək ürəyə nə olar? Əlbəttə, ürəkdə problem yaranar" - deyə dietoloq bildirib.
 
O, qeyd edib ki, bu içki təzyiq və aritmiyası olan insanlar üçün təhlükəlidir.
 
Dietoloq həmçinin bildirib ki, az miqdarda kofe kalorili əlavələr edilmədiyi təqdirdə, arıqlamağa kömək edə bilər.