Kompüterində `Windows 7` olanlar diqqətlə oxusunlar

"Microsoft" şirkəti 22 oktyabr 2009-cu ildə yayımladığı "Windows 7" üçün 10 illik dəstək verəcəyini açıqlamışdı. Bu 10 illik müddət başa çatdı. İndi bir sual yaranıb: "Windows 7" istifadə edənlər hansı addımı atmalıdırlar?
 
"Microsoft" dəstəyi ləğv etdiyi açıqlasa da, əksəriyyəti ofislər olmaqla milyonlarla "Windows 7" istifadəçisi ola bilər. 
 
"The Guardian" saytından Cek Skofeldin bir məsləhəti var. Bu məsləhət də "Windows 7"nin proqramlarını tez-tez yeniləməkdir. "Windows 7"yə dəstək dayandırılsa da, istifadə edilən proqramların şirkət tərəfindən yenilənməsi mümkündür. "Google" şirkəti "Windows 7" üçün hazırlanmış "Chrome" brauzerlərinə 15 iyul 2021-ci ilə qədər dəstək verəcəyini açıqlayıb. 
 
Bundan başqa, pis niyyətlər üçün hazırlanmış proqramların hədəfində köhnə əməliyyat sistemləri olmur. Bu da daha az hədəf olacağını göstərir. Amma BBC-yə danışan kiber təhlükəsizlik mütəxəssisi bildirir ki, banklar, təhlükəsizlik orqanları və xəstəxana kimi həssas məlumatlarla işləyən qurumlar sistemlərini yeniləməlidirlər.
 
Cek Skofeld əlavə edir ki, qaranlıq məqsədlər üçün hazırlanmış saytlardan, proqramlardan uzaq durmaqla da "Windows 7"nin ömrünü uzada bilərsiniz. O həmçinin antivirus proqramlarından istifadəni dayandırmamağı məsləhət bilir.
 
Sisteminizi yeniləmək istəyirsinizsə, "Windows"un alternativləri olan "Linux" və ya pulsuz sitemləri istifadə edə bilərsiniz. Pulsuz təklif edilənlər arasında ən birinci sırada gələn isə "Ubuntu" əməliyyat sistemidir. /faktxeber