Lavrov: Qərb Rusiya və Belarusda iğtişaş törətmək istəyir

Rusiyanın Xarici İşlər naziri Qərb ölkələrini Rusiya və Belarusun daxili işlərinə qarışmaqda, birtərəfli sanksiyalar tətbiq etməkdə və iğtişaşlara təhrik etməkdə ittiham edib.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Avropa və ABŞ-ın Moskvaya qarşı təcavüzkar yanaşmasını tənqid edərək, Qərbin qanunla deyil, birtərəfli sanksiyalara oynadığını söyləyib:   

"Bu yanaşma ilə illərlə davam edən səylərin məhsulu olan iş birliyi çərçivələri dayanıb. Qərb ölkələri Rusiya və Belarusda kütləvi qiyamları təşkil etmək üçün texnologiyadan istifadə edirlər.

Diplomatları və KİV-ləri bizə son tarix verir. Gizliliyə ehtiyac görmürlər. Daxili proseslərimizə təsir göstərməyə çalışırlar". / mehrnews /