Lavrov Türkiyənin Suriyadakı hərbi əməliyyatının bitdiyini bəyanat etdi

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Türkiyənin Suriyanın şimalında keçirdiyi hərbi əməliyyat ilə bağlı açıqlama verib.

Nazir vurğulayıb ki, Türkiyənin Suriyanın şimalında reallaşdırdığı hərbi əməliyyat yekunlaşıb.

Lavrov bildirib ki, bununla bağlı Türkiyə və Rusiya arasında 10 maddəlik razılaşma da imzalanıb.

O, qeyd edib ki, bundan sonra hər şey kürd qüvvələrinin çəkilməsindən asılı olacaq.  /eastnews.org/