İldırım, leysan azı 27 nəfərin həyatına son qoyub

Pakistanın cənubunda səhra regionunda müxtəlif yerlərdə leysan yağış yağıb, şimşək çaxıb, rəsmilər azı 27 nəfərin həlak olduğunu bildirir.
 
Fövqəladə vəziyyət elan olunub. Sind vilayət hökumətinin sözçüsü Saeed Ghani xilasedicilərin Tah səhrasında işlədiyini söyləyib.
 
Xəstəxanalara qadınlar və uşaqlar daxil olmaqla onlarla adam yerləşdirilib.
 
Xilasedicilər uzaq kəndlərə çatdıqca ölü sayının artacağı gözlənir.
 
İldırım və ondan sonra başlanan yanğında yüzlərlə heyvanın tələf olduğu bildirilir. Xəbəri Pakistanın “Dawn” qəzeti yayıb. /azadliq.org