Lerikdə zəlzələ olub

Lerik rayonunun ərazisində 3 bal gücündə zəlzələ baş verib.
 
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 03:29-da Lerik stansiyasından 20 km şimal-şərqdə Lerik ərazisində zəlzələ qeydə alınıb.
 
Ocağı 17 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.