Lerikdə avtomobil dağdan aşıb, 3 nəfər ölüb

Lerik rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
 
Maide.Az "Report"a istinadla xəbər verir ki, hadisə Bürsülüm kəndinə gedən dağ yolunda qeydə alınıb.
 
Belə ki, "UAZ" markalı avtomobil yoldan çıxaraq 50-60 metr yüksəklikdən dərəyə aşıb.
 
İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər isə ağır xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Hazırda faktla bağlı araşdırma aparılır.