Livanın cənubunda yerləşən Qana kəndində partlayış baş verib.
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, partlayışın yanacaqdoldurma məntəqəsində yanğından sonra baş verdiyi bildirilir.
Partlayışda ölən və yaralananların olub-olmadığı hələ məlum deyil.
Hadisə nəticəsində ətrafdakı avtomobillərə və tikililərə ziyan dəydiyi bildirilir.