Liviyada miqrantların saxlanılması mərkəzlərində təxminən 6 min nəfər var

Liviyada miqrantların saxlanılması mərkəzlərində təxminən 6 min nəfər var.
 
Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatından bildiriblər.
 
Məlumatda deyilir: "Liviyada 650 mindən artıq miqrant var, onlardan təxminən 6 mini qadınlar və uşaqlarda daxil olmaqla miqrantların saxlanılması mərkəzlərindədir".
 
Qeyd edilir ki, hazırda Liviyada ölkə ərazisində davam edən münaqişələr səbəbindən təxminən 300 min məcburi köçkün var.