Liviyada Türkiyəyə məxsus iki dron vurulub

Liviya Milli Ordusu Tripolinin yaxınlığında 12 saat ərzində Türkiyəyə məxsus iki ədəd pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb.
 
Maide.Az xəbər verir ki, SANA agentliyinin məlumatına görə, Liviya Milli Ordusunun ehtiyat qüvvələrinin ictimaiyyətlə əlaqələr üzrə əməkdaşı Əbu Bəkr Adviş bildirib ki, "Bayrakdar" tipli dron Tripolinin qərbindəki Port-Çafan bölgəsinin Kasarat rayonundakı obyektlər üzərində uçuş həyata keçirmək istəyirmiş. 
 
Daha əvvəl Liviya ordusu hava hücumundan müdafiə bölmələrinin hədəfə çatmamış bir təyyarəni vurduqlarını açıqlamışdı.