İlk dəfə: ’Quranın yazılması üzrə kafedra‘ yaradıldı

Səudiyyə Ərəbistanın Mədinə şəhərində İslam dünyasında ilk dəfə olaraq "Quran kitabəti (yazılması) " üzrə kafedra təsis edilib.
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, bu kafedra Mədinə şəhərinin Təyyibə universitetində açılıb.
 
“Yeni təsis edilən kafedrada Quranın kitabəti, yəni Peyğəmbər (s) dövründə Qurani-Kərimin səhabələr və vəhy katibləri tərəfindən yazılması metodları və Quranın öyrənilməsi üçün təsis edilmiş elmlərin öyrənilməsi üzrə araşdırmalar aparılacaq.”, -deyə Təyyibə universitetinin rəisi Əbdüləziz Sərani deyib. 
 
Onun sözlərinə görə, bu elm İslam elmləri arasında öz mövzusuna görə çox əhəmiyyətlidir. “Yeni təsis edilmiş kafedra unudulmaqda olan bu məsələnin araşdırılması, bu barədə elmi irsin qorunması və elm kimi yayılmasına və həmçinin səhabələrin və İslam alimlərinin Quranın kitabət edilməsi və qorunmasında göstərdiyi xidmətləri işıqlandırmağa xidmət edəcək.”