İllərlə əhəmiyyət vermirlər - xərçəngin əlamətlərini tanıyın

 Loginov adına Moskva Kliniki Elmi Mərkəzinin baş və boyun şişləri kafedrasının müdiri Liliya Yakovleva baş və boyun nahiyələrində xərçəng əlamətlərini açıqlayıb.
 
Maide.Az "Sputnik"-ə istinadən bildirir ki, həkim daha çox "uzun illər əhəmiyyət verilməyən" şiş və bərk toxumaların, mənşəyi bilinməyən ağrıların əslində qorxulu xəstəliyin xəbərçisi olduğunu deyib.
 
Ağız boşluğunun selikli qişasında və dilin üzərində ağ və ya qırmızı rəngdə şişlərin olması, udma zamanı narahatlıq, eləcə də dişlərin səbəbsiz yerə laxlaması həkimə müraciət edərək müayinə olunmaq üçün ciddi səbəbdir.
 
Bundan başqa, L.Yakovlevanın sözlərinə görə, piqment ləkələrinin ölçüsünə və rənginə diqqət yetirmək, həmçinin xroniki xəstəlikləri olmayan insanda qəfil kəskin otit, burun tutulması və baş ağrılarının əmələ gəlməsinə də diqqət yetirmək lazımdır. 
 
Həkim bildirib ki, xəstəlik vaxtında aşkarlanarsa, sağalmaq şansı da artır. Onkoloji xəstəliklərin ilkin vaxtlarda diaqnostikası hallarında xəstələrin 84 faizi sağala bilir. Ancaq təəssüf ki, ilkin diaqnostika zamanı xəstəliklərin yalnız üçdə birini müəyyən etmək mümkün olur.
 
Gecələr tərləmək xərçəngin əlaməti ola bilər

Digər bir məlumata görə, Gecələr həddən artıq tərləmək, yüksək temperatur və çəkinin qəfil azalması orqanizmdə xərçəngin inkişafından xəbər verə bilər.
 
Almaniyalı dermatoloq Kristian Bayerl bildirib ki, bu cür əlamətlər daha çox limfoma və leykozda özünü büruzə verir.
 
Professor deyib ki, hiperhidroz zamanı insan aktiv fiziki yüklənməsə də, xeyli tərləyir. Antidepressant, hərarət salan dərman qəbul etməyən, soyuq, qızdırılmayan otaqda yatan, amma buna rəğmən tərləyən insanlara qalxanabənzər vəzini yoxlatmağı tövsiyə edib. 
 
Bunlardan başqa, çox tərləyib susuzluq hiss etmək diabetdən xəbər verə bilər. Həkim həmçinin qeyd edib ki, gecələr qəfil tərləmək axşam vaxtı ədviyyatlı ağır qida qəbul etməklə də bağlı ola bilər.
 
Kakao, brokkolu və çufa (yer badamı) xərçənglə mübarizədə ən yaxşı qida hesab edilir. Bu ərzaqların tərkibindəki mikroelementlər (antioksidantlar, sulforafan və E vitamini) xərçəng xəstəliklərindən qorunmağa kömək edir.