Məhkəmə şiə saytları və kanalların bağlanması barədə hökm verdi

Misirdə bir məhkəmə şiə saytları və kanallarının bağlanmasına qərar verib.

Bu barədə "əl-Əhram" qəzeti məlumat yayıb.

Məlumata görə, dünən Misir inzibati məhkəməsi şiə saytları və kanallarını dayandıran bir vəsatəti təmin edib.

Qərar əsasən şiə saytları, xüsusən də "İbn əl-Nəfis əl-Əxbari" saytı bağlanacaq. /eastnews.org/