Məhəmməd Əli Əl-Husi: ‘Səudiyyə rejimi atəşkəsi yerinə yetirməlidir’

Səudiyyə rejiminin təcavüzkar koalisiyası, heç bir əsası olmayan atəşkəs rejiminin pozulduğu barədə bəyanat vermək əvəzinə, birtərəfli şəkildə elan etdiklərini yerinə yetirməlidir. Bu haqda Yəmən Ali İnqilab Komitəsinin rəhbəri deyib.
 
Maide.Az xəbər verir ki, Səudiyyə rejiminin təcavüzkar koalisiyası aprelin 9-u cümə axşamı günü birtərəfli qaydada Yəməndə atəşkəs elan etdi, lakin etdiyi nümayişkar elandan bir neçə saat sonra, Səudiyyə rejiminin koalisiyası atəşkəsi pozmuşdur.
 
Yəmən Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi, həmçinin Səudiyyə rejiminin təcavüzkarlarının koalisiyasını Yəməndə koronavirusun yayılmasında ittiham edib. Yəmən Səhiyyə Nazirliyinin məlumatına görə, 7 yəmənlidə koronavirus təsdiqlənib, onlardan ikisi dünyasını dəyişib.
 
Yəmən milli qurtuluş hökumətinin danışıqlar qrupunun rəhbəri Məhəmməd Abdus Salam, Səudiyyə rejiminin koalisiyasının Yəmənin cənubundakı Əl-Baidə əyalətinə etdiyi hücumları xatırladaraq, atəşkəs elan edildikdən sonra, BMT-nin biganəliyinin kölgəsində Səudiyyə rejiminin təcavüzkarlarının hücumlarının gücləndiyini söyləyib.
 
Səudiyyə rejiminin koalisiyasının qırıcıları şənbə günü əl-Baida əyalətində Afar gömrüyünə hücum edərək, ərzaq, dərman, elektrik cihazları və generatorları daşıyan 11 yük maşını məhv edib.
 
Qeyd eədk ki,  Səudiyyə rejiminin təcavüzkar koalisiyası,ötən sutka ərzində 109 dəfə atəşkəs rejimini pozub.