Məşhur ağrıkəcisi dərman qaraciyəri dağıdır - ALİMLƏR

Populyar ağrıkəsici və qızdırmasalıcı preparat İbuprofen qaraciyərə çox ciddi mənfi təsir göstərir.
 
Maide.Az "medicina.az"-a istinadən bildirir ki, Kaliforniya universitetinin professoru Oldrin Qomesin rəhbərliyi ilə elmi tədqiqat sübut edib ki, ibuprofen qaraciyər zülalında təxmin edildiyindən də çox dəyişikliklər yaradır.
 
Siçanlar üzərində aparılan eksperimentdə dərmanın dişi və erkək heyvanlara ayrı-ayrılıqda fərqli təsirini də üzə çıxarıb.
 
İbuprofen qəbul edən dişi siçanlarda 34 metobolik dəyişiklik baş verib.
 
Erkək siçanlarda isə P450 sitoxromu yüksəlib, bu i deməkdir ki, ibuprofenlə eyni vaxtda qəbul edilən digər dərmanların qalıqları orqanizmdə çox uzun müddət qala bilər.
 
Bundan öncəki tədqiqatlarda ibuprofenin ürək qan-damar sisteminə mənfi təsir etdiyi aşkarlanmışdı.