Maide.az-ın kitabxanasına yeni kitablar yüklənib

Maide.az-ın "KİTABXANA"sına 3 ədəd yeni kitab əlavə olunub. Kitablardan biri Ayətullah Mürtəza Mütəhhərinin "MATERİALİZMƏ YÖNƏLMƏNİN ƏSAS SƏBƏBLƏRİ" kitabıdır. Materializm sözünün, çeşidli anlayışları vardır. Bizim o anlaşların hamısından söz açmağımız bəhsimizin əsas məqsədi ilə uyğun deyildir. Misal olaraq: «Bəziləri materializm dedikdə «maddəni əsl və həqiqət» bilən görüşü qəsd edirlər. Yəni onlar, maddə, insan zehninin törətdiyi bir şey deyil, əksinə, varlığın həqiqətidir» deyə inanırlar.
 
Digər kitab "VƏHHABİYYƏT İKİ YOL AYRICINDA" adlanır. Kitab görkəmli alim və tədqiqatçı şəxsiyyət olan Ayətullah Məkarim Şirazinin dəyərli əsərlərindən biridir. Müəllif bu əsərdə səy etmişdir ki, haqq-həqiqət aşkar olsun deyə, gözəl bəyanı və səlis qələmi ilə bu firqənin icad etdiyi şübhələrə cavab versin. Ümümdünya İslam Elmləri Akademiyasının tələbələrindən olan Məsum Əlizadə bu əsəri Azərbaycan dilinə tərcümə etmişdir. Ona və bu əsrin işıq üzü görməsində əllərindən gələn köməyi əsirgəmiyən bütün şəxslərə dərin minnətdarlığımızı bildirirk. 
 
Əlavə etdiyimiz sonuncu kitab Əhməd Didatın "İSLAMIN GİZLİ QALMIŞ HƏQİQƏTLƏRİ" kitabıdır. Bu kitab İslam peyğəmbərinin vəfatından sonra o Həzrətin rəhbərlərinin vasitəsilə baş verən qəmli-qüssəli kədərli bir hadisə barəsindədir. Bu kədərli hadisənin senarisini yazan Peyğəmbərin yaxın səhabələri, daha dəqiq desəm, Peyğəmbərin qaynataları Əbu Bəkr və Ömər, kürəkəni Əli ibn Əbitalib olmuşdur.