İmam Əlidən (ə) 14 hədis

Əgər insan Allahın razılığını qazanmaq, Allah bəyənən tərzdə yaşamaq, başqa sözlə, səadət və xoşbəxtlik yolunda addımlamaq istəyirsə, nümunəvi insanların həyat tərzi, rəftarları və kəlamlarını özünə örnək bilməli və onları öz həyatında gerçəkləşdirməlidir. Bəşəriyyətə hərtərəfli örnək və nümunə olan həmin insanlardan biri də İmam Əmirəlmöminin Əlidir (ə). Bu gün – Ramazan ayının 21-ci günü (15 May) o Həzrətin şəhadət günüdür. Elə bu münasibətlə Əhli-beyt (ə) ardıcıllarına təsliyət deyir və o Həzrətdən nəql olunan dəyərli kəlamlardan 14-nü diqqətinizə çatdırırıq:
 
1. Bədənin zəkatı
 
İmam Əli (ə) buyurmuşdur:
 
الصَّلَاةُ قُرْبَانُ كُلِّ تَقِيٍّ وَ الْحَجُّ جِهَادُ كُلِّ ضَعِيفٍ وَ لِكُلِّ شَيْ ءٍ زَكَاةٌ وَ زَكَاةُ الْبَدَنِ الصِّيَامُ وَ جِهَادُ الْمَرْأَةِ حُسْنُ التَّبَعُّلِ
 
“Namaz hər bir təqvalının (Allahın mərhəmətinə) yaxınlaşma vasitəsidir. Həcc (kafirlə cihad etmək imkanı olmayan) hər bir zəifin cihadıdır. Hər bir şeyin zəkatı var və bədənin zəkatı oruc tutmaqdır. Qadının cihadı əri ilə yaxşı rəftar etmək və ona tabe olmaqdır.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 131.)
 
2. Haqqı tanı ki, əhlini də tanıyasan
 
İmam Əli (ə) buyurmuşdur:
 
إِنَّ دِينَ اللَّهِ لَا يُعْرَفُ بِالرِّجَالِ بَلْ بِآيَةِ الْحَقِ فَاعْرِفِ الْحَقَّ تَعْرِفْ أَهْلَهُ- يَا حَارِثُ إِنَّ الْحَقَّ أَحْسَنُ الْحَدِيثِ وَ الصَّادِعَ بِهِ مُجَاهِدٌ
 
“Həqiqətən, Allahın dini fərdlərlə deyil, haqqın əlamətləri ilə tanınar. Belə isə haqqı tanı ki, əhlini də tanıyasan. Ey Haris, həqiqətən, haqq ən gözəl sözdür və haqqı aşkar deməyə çalışan şəxs Allah yolunda cihad etmişdir.” (“Əl-əmali”, Şeyx Müfid, səh.5.)
 
3. Ədalət, yoxsa səxavət?
 
İmam Əlidən (ə) soruşdular:
 
أَيّما أَفضل: العدل، أَو الجود؟
 
“Ədalət üstündür, yoxsa səxavət?”
 
Həzrət buyurdu:
 
فقال: الْعَدْلُ يَضَعُ الامُورَ مَوَاضِعَهَا، والْجُودُ يُخْرِجُهَا عَنْ جِهَتِهَا، وَالْعَدْلُ سَائِسٌ عَامٌّ، وَالْجُودُ عَارضٌ خَاصٌّ، فَالْعَدْلُ أَشْرَفُهُمَا وَأَفْضَلُهُمَا
 
“Ədalət işləri öz yerinə qoyur, səxavət isə, onları öz yerindən çıxarır. (Çünki səxavətli şəxs lazım olandan artıq bağışlayır.) Ədalət hamını saxlayır, səxavət isə ancaq bəxşiş edilmiş şəxsə xeyir yetirir. Buna görə də, ədalət daha şərəfli, daha üstündür.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 429.)
 
4. Ən yaxşı altı iş
 
İmam Əli (ə) buyurmuşdur:
 
سِتَّةُ أَشْيَاءَ حَسَنٌ وَ لَكِنْ مِنْ سِتَّةٍ أَحْسَنُ، اَلْعَدْلُ حَسَنٌ وَ هُوَ مِنَ الْأُمَرَاءِ أَحْسَنُ، وَ اَلصَّبْرُ حَسَنٌ وَ هُوَ مِنَ اَلْفُقَرَاءِ أَحْسَنُ، وَ اَلْوَرَعُ حَسَنٌ وَ هُوَ مِنَ اَلْعُلَمَاءِ أَحْسَنُ، وَ اَلسَّخَاءُ حَسَنٌ وَ هُوَ مِنَ اَلْأَغْنِيَاءِ أَحْسَنُ، وَ اَلتَّوْبَةُ حَسَنَةٌ وَ هِيَ مِنَ اَلشَّابِّ أَحْسَنُ وَ اَلْحَيَاءُ حَسَنٌ وَ هُوَ مِنَ اَلنِّسَاءِ أَحْسَنُ
 
“Altı iş yaxşıdır, amma onun altı dəstədən baş verməsi daha yaxşıdır: 1. Ədalət yaxşıdır, amma rəhbərlərin ədalətli olması daha yaxşıdır; 2. Səbir yaxşıdır, amma yoxsulların səbirli olması daha yaxşıdır; 3. Təqva yaxşıdır, amma alimlərin təqvalı olması daha yaxşıdır; 4. Səxavət yaxşıdır, amma varlıların səxavətli olması daha yaxşıdır; 5. Tövbə yaxşıdır, amma gənclərin tövbə etməsi daha yaxşıdır; 6. Həya yaxşıdır, amma qadınların həyalı olması daha yaxşıdır.” (“İrşadul-qulub”, c.1, səh.193.)
 
5. Özünü düşün, zülmə yol vermə!
 
İmam Əli (ə) buyurmuşdur:
 
وَاللهِ لَأَنْ أَبِيتَ عَلَى حَسَكِ السَّعْدَانِ مُسَهَّداً، أَوْ أُجَرَّ فِي الْأَغْلاَلِ مُصَفَّداً، أَحَبُّ إِلَيَّ مِنْ أَنْ أَلْقَى اللهَ وَرَسُولَهُ يَوْمَ الْقِيَامَةِ ظَالِماً لِبَعْضِ الْعِبَادِ، وَغَاصِباً لِشَيْءٍ مِنَ الْحُطَامِ، وَكَيْفَ أَظْلِمُ أَحَداً لِنَفْسٍ يُسْرِعُ إِلَى الْبِلَى قُفُولُهَا، وَيَطُولُ فِي الثَّرَى حُلُولُهَا؟!
 
“And olsun Allaha ki, gecəni (iti tikanları olan) dəvətikanının üstündə oyaq keçirməyim və zəncirlə bağlanaraq öldürülməyim mənim üçün Qiyamət günü Allah və Peyğəmbərinə, bəndələrin bəzilərinə zülm etmiş və dünya malından bir şey qəsb etmiş halda qovuşmaqdan daha xoşdur. Sürətlə köhnəlməyə və çürüməyə doğru gedən, torpaq altında qalması uzun çəkəcək nəfsə görə kiməsə necə zülm edim?!” (“Nəhcül-bəlağə”, xütbə 224.)
 
6. İslamdan yalnız bir ad
İmam Əli (ə) buyurmuşdur:
 
يَأْتِي عَلَي النَّاسِ زَمَانٌ لا يَبْقَيٰ فِيهِمْ مِنَ الْقُرآنِ اِلَّا رَسْمُهُ وَ مِنَ الْإِسْلاَمِ اِلَّا اسْمُهُ وَ مَسَاجِدُهُمْ يَوْمَئِذٍ عَامِرَةٌ مِنَ الْبِنَاءِ خَرَابٌ مِنَ الْهُدَيٰ
 
“Br zaman gələcək ki, insanlar arasında Quranın rəsmül-xətti, İslamın isə adından başqa bir şey qalmayacaq. Həmin zaman onların məscidləri memarlıq baxımından abad, hidayət baxımından isə xarabalığa çevriləcəkdir.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 361.)
 
7. Doymayan aclar...
 
İmam Əli (ə) buyurmuşdur:
 
مَنْهُومَانِ لاَ يَشْعَبَانِ: طَالِبُ عِلْمٍ، وَطَالِبُ دُنْيَا
 
“İki ac heç vaxt doymaz: elm axtaran və dünya istəyən.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 449.)
 
8. Cəhənnəmdən bir parça
 
İmam Əli (ə) buyurmuşdur:
 
صاحِبُ السَّوءِ قِطعَةٌ مِنَ النّار
 
“Pis yoldaş Cəhənnəm odundan bir parçadır.” (“Qurərul-hikəm”, c.1, səh.413, hədis 14.)
 
9. Belə bir insana lovğalıq yaraşırmı?
 
İmam Əli (ə) buyurmuşdur:
 
مِسْكِينٌ ابْنُ آدَمَ: مَكْتُومُ الاجَلِ، مَكْنُونُالْعِلَلِ، مَحْفُوظُ الْعَمَلِ، تَؤْلِمُهُ الْبَقَّةُ، وَتَقْتُلُهُ الشَّرْقَةُ وَتُنْتِنُهُالْعَرْقَةُ
 
“Yazıq Adəm övladı: əcəli gizlidir (nə vaxt öləcəyini bilmir), xəstəlikləri naməlumdur (həmişə xəstəliklərə düçar olmaq təhlükəsindədir) və əməli saxlanılır (bütün işləri “əməl dəftəri”ndə qeydə alınır). Ağcaqanad onu incidir, suyun (və ya qidanın) boğazda qalması onu öldürür və tər onu iyləndirir. (Bütün bunlarla yanaşı, belə bir kəsə lovğalıq və təkəbbürlülük yaraşırmı?!)” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 411.)
 
10. Ən yaxşı şükür
 
İmam Əli (ə) buyurmuşdur:
 
أَحسَنُ شُکرِ النِّعَمِ اَلاِنعامُ بِها
 
“Nemətin ən yaxşı şükrü onu (başqasına) bağışlamaqdır.” (“Qurərul-hikəm”, c.1, səh. 569.)
 
11. Danlaq və məlamətdə həddi aşma
 
İmam Əli (ə) buyurmuşdur:
 
اَلاِفْراطُ فِى الْمَلامَةِ يَشُبُّ نيرانَ اللِّجاجِ
 
“Dаnlаq və məlаmətdə həddi аşmаq inаdkarlıq аtəşini dаhа dа şölələndirir.” (“Bihаrul-ənvar”, c.77, səh.232.)
 
12. İki şeyə güvənmə!
 
İmam Əli (ə) buyurmuşdur:
 
لاَ يَنْبَغِي لِلْعَبْدِ أَنْ يَثِقَ بِخَصْلَتَيْنِ: الْعَافِيَةِ، وَالْغِنَى: بَيْنَا تَرَاهُ مُعَافىً إِذْ سَقِمَ، وَغَنِيّاً إِذِ افْتَقَرَ.
 
“İki şeyə güvənmək bəndəyə yaraşmaz: 1. Sağlamlıq; (çünki) onu sağlam gördüyün zaman birdən xəstələnər. 2. Varlılıq; onu varlı gördüyün zaman birdən yoxsullaşar.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 418.)
 
13. Bal arısının 3 gözəl xüsusiyyəti
 
İmam Əli (ə) buyurmuşdur:
 
كُنْ كَالنَّحْلَةِ إِذَا أَكَلَتْ أَكَلَتْ طَیِّباً وَ إِذَا وَضَعَتْ وَضَعَتْ طَیِّباً وَ إِذَا وَقَعَتْ عَلَى عُودٍ لَمْ تَكْسِرْهُ
 
“Bal arısı kimi ol; yedikdə pak yeyir, məhsulu pak olur və bir budaq üstünə qonduqda, onu sındırmır.” (“Qurərul-hikəm”, c.4, səh.595.)
 
14. İctimai münasibətlərdə meyar özünsən!
 
İmam Əli (ə) oğlu İmam Həsənə (ə) vəsiyyət edərkən belə buyurur:
 
يا بُنَىّ اجْعَلْ نَفْسَكَ مِيزَاناً فِيَما بَيْنَكَ وَبَيْنَ غَيْرِكَ، فَأَحْبِبْ لِغَيْرِكَ مَا تُحِبُّ لِنَفْسِكَ، وَاكْرَهْ لَهُ مَا تَكْرَهُ لَهَا، وَلاَ تَظْلِمْ كَمَا لاَ تُحِبُّ أَنْ تُظْلَمَ، وَأَحْسِنْ كَمَا تُحِبُّ أَنْ يُحْسَنَ إِلَيْكَ، وَاسْتَقْبِحْ مِنْ نَفْسِكَ مَا تَسْتَقْبِحُ مِنْ غَيْرِكَ، وَارْضَ مِنَ النَّاسِ بِمَا تَرْضَاهُ لَهُمْ مِنْ نَفْسِكَ، وَلاَ تَقُلْ مَا لاَ تَعْلَمُ وَإِنْ قَلَّ مَا تعْلَمُ، وَلاَ تَقُلْ مَا لاَ تُحِبُّ أَنْ يُقَالَ لَكَ
 
“Oğlum! Özünü özünlə başqaları arasında ölçü bil; özün üçün istədiyini başqaları üçün də istə, özünə qıymadığını başqalarına da qıyma. Zülm etmə, necə ki, özünə zülm olunmağı istəmirsən. Yaxşılıq et, necə ki, özünə yaxşılıq olunmağı istəyirsən. Başqaları üçün pis saydığını özün üçün də pis say; xalq üçün bəyəndiyini özün üçün də bəyən. Bilmədiyini danışma, hətta hər bildiyini də danışma; sənə deyilməsini istəmədiyin sözü başqalarına demə!” (“Nəhcül-bəlağə”, məktub 31.)
 
Rza Şükürlü (Maide.az)