İmam Cavadın (ə) dualarından bir nümunə

Bu dua İmam Cavadın (ə) siyasi dualarındandır. Bu duada zəmanənin hakimləri tərəfindən o Həzrətə olunan zülm və cəfalar yad edilir. Duada deyilir:

اللَّهُمَّ إِنَّ ظُلْمَ عِبَادِكَ قَدْ تَمَكَّنَ فِي بِلَادِكَ حَتَّى‏ أَمَاتَ الْعَدْلَ وَ قَطَعَ السُّبُلَ وَ مَحَقَ الْحَقَّ وَ أَبْطَلَ الصِّدْقَ وَ أَخْفَى الْبِرَّ وَ أَظْهَرَ الشَّرَّ وَ أَحْمَدَ التَّقْوَى وَ أَزَالَ الْهُدَى وَ أَزَاحَ الْخَيْرَ وَ أَثْبَتَ الضَّيْرَ وَ أَنْمَى الْفَسَادَ وَ قَوَّى الْعِنَادَ وَ بَسَطَ الْجَوْرَ وَ عَدَى الطَّوْرَ

“İlahi! Yer üzündə bəndələrinin zülmü elə yayılıb ki, ədaləti öldürmüş, hidayət yollarını kəsmiş, haqqı yox etmiş, doğruluğu batil etmiş və yaxşılığı gizlətmişdir. Pisliyi aşkar, təqvani əhəmiyyətsiz və hidayəti məhv etmiş, xeyir və yaxşılığı aradan qaldırmış, zərəri möhkəmləndirmiş, fəsadı yaymış, inadkarlığı gücləndirmiş, haqsızlığı genişləndirmiş, tərəqqinin isə qarşısını almışdır.

اللَّهُمَّ يَا رَبِّ لَا يَكْشِفُ ذَلِكَ إِلَّا سُلْطَانُكَ وَ لَا يُجِيرُ مِنْهُ إِلَّا امْتِنَانُكَ

İlahi, ey mənim Rəbbim! Yalnız Sənin qüdrətin buna son qoya bilər, yalnız Sənin yardımın buna çarə qıla bilər.

اللَّهُمَّ رَبِّ فَابْتُرِ [فَابْتَزَّ] الظُّلْمَ وَ بُثَّ حِبَالَ الْغَشْمِ وَ أَخْمِدْ سُوقَ الْمُنْكَرِ وَ أَعِزَّ مَنْ عَنْهُ يَنْزَجِرُ وَ احْصُدْ شَافَةَ أَهْلِ الْجَوْرِ وَ أَلْبِسْهُمُ الْحَوْرَ بَعْدَ الْكَوْرِ ‏

Ey mənim Rəbbim! Zülmü məğlub et, haqsızlıq yuvalarını dağıt, pislik bazarını bağla, pisliyə qarşı çıxana qüdrət ver. Zülm əhlinin kökünü kəs. Onlara firavanlıqdan sonra azlıq libası geyindir.

وَ عَجِّلِ اللَّهُمَّ إِلَيْهِمُ الْبَيَاتَ وَ أَنْزِلْ عَلَيْهِمُ الْمَثُلَاتِ وَ أَمِتْ حَيَاةَ الْمُنْكَرِ لِيُؤْمَنَ الْمَخُوفُ وَ يَسْكُنَ الْمَلْهُوفُ وَ يَشْبَعَ الْجَائِعُ- وَ يَحْفَظَ الضَّائِعُ وَ يَأْوَى الطَّرِيدُ وَ يَعُودَ الشَّرِيدُ وَ يُغْنَى الْفَقِيرُ وَ يُجَارَ الْمُسْتَجِيرُ وَ يُوَقَّرَ الْكَبِيرُ وَ يُرْحَمَ الصَّغِيرُ وَ يُعَزَّ الْمَظْلُومُ وَ يُذَلَّ الظَّالِمُ وَ يُفَرَّجَ الْمَغْمُومُ وَ تَنْفَرِجَ الْغَنَاءُ وَ تَسْكُنَ الدَّهْمَاءُ وَ يَمُوتَ الِاخْتِلَافُ وَ يَعْلُوَ الْعِلْمُ وَ يَشْمَلَ السِّلْمُ وَ يُجْمَعَ الشَّتَاتُ وَ يَقْوَى الْإِيمَانُ وَ يُتْلَى الْقُرْآنُ إِنَّكَ أَنْتَ الدَّيَّانُ الْمُنْعِمُ الْمَنَّانُ

İlahi, tezliklə onlara ibrət dərsləri ver (gecə əzablarını onlara tezləşdir), onlara nümunəvi cəzalar nazil et. Bütün pisliklərin həyatını söndür ki, qorxu keçirən əmin-amanlıqda olsun, həsrət çəkən təskinlik tapsın, qarnı ac olan tox olsun, qərib və yoxsul adam hifz olunsun, köçkün sığınacaq tapsın, qovulmuş öz yurduna qayıtsın, kasıb varlansın, sığınacaq axtaran sığınacaq tapsın, böyüyə hörmət və kiçiyə rəhm olunsun, məzlum əziz, zalım isə xar olsun. Qəm-qüssə çəkənin kədərinə son qoyulsun, zəiflik aradan qalxsın, avamlar rahatlıq tapsın, ixtilafa son qoyulsun, elmin dəyəri ucalsın, sülh hər tərəfə yayılsın, ayrıseçkiliklərə son qoyulsun, iman güclənsin və Quran oxunsun. Həqiqətən, Sən cəza verən (hakim), nemət bəxş edən və minnət qoyansan.” (“Əs-səhifətur-Rəzəviyyə”, səh.127-128.)

Maide.Az