İmam Hüseynin (ə) hərəminin yeni günbəzinin Kərbəlaya daşınması üçün hazırlıq işlərinə başlanılıb -FOTO

İranın Kirman əyalətində hazırlanan İmam Hüseynin (ə) hərəminin yeni günbəzinin Kərbəlaya daşınması üçün  hazırlıq işlərinə başlanılıb. 
 
Maide.Az  İRNA-a istinadla xəbər verir ki, bunu  İranın ziyarət və Həcc Təşkillatının Ətəbati-aliyat*  İdarəsinin baş müdiri Həsən Plark  deyib. 
 
Onun sözlərinə görə,  yeni günbəzin 300 ton çəkisi var.  “7.5 metr hündürlüyü, və 300 ton çəkisi var.  Yeni günbəzin Kirmandan Kərbəlaya daşınması üçün 50 ədəd TIR-dan istifadə olunacaq.”
 
Onun sözlərinə görə,  yeni günbəzin quraşdırılması ilə  İmamın (ə) qəbri ilə günbəzin sütunlarındakı məsafə  1 metr yarımdan  4 metrə qədər artırılacaq və bu da zəvvarların rahat şəkildə mübarək qəbri ziyarət etməsinə  imkan yaradacaq. 
 
H.Plark  qeyd edib ki, tezliklə  günbəzin İraqa daşınması prosesinə başlanılacaq. 
 
* Ətəbati-aliyat yüksək, şərəfli kandarlar deməkdir. Hazırda İraqda olan Kərbəla, Nəcəf, Kazimeyn və Samirra şəhərlərində olan ziyarətgahlara "Ətəbati-aliyat" deyilir.