İmam Hüseynin (ə) Məhəmməd Hənəfiyyəyə tarixi vəsiyyətnaməsi

بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِيمِ هَذَا مَا أَوْصَى بِهِ الْحُسَيْنُ بْنُ عَلِيِّ بْنِ أَبِی طَالِبٍ إِلَى أَخِيهِ مُحَمَّدٍ الْمَعْرُوفِ بِابْنِ الْحَنَفِيَّةِ أَنَّ الْحُسَيْنَ يَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ وَ أَنَّ مُحَمَّداً عَبْدُهُ وَ رَسُولُهُ جَاءَ بِالْحَقِّ مِنْ عِنْدِ الْحَقِّ وَ أَنَّ الْجَنَّةَ وَ النَّارَ حَقٌّ وَ أَنَّ السَّاعَةَ آتِيَةٌ لا رَيْبَ فِيها وَ أَنَّ اللَّهَ يَبْعَثُ مَنْ فِی الْقُبُورِ وَ أَنِّی لَمْ أَخْرُجْ أَشِراً وَ لَا بَطِراً وَ لَا مُفْسِداً وَ لَا ظَالِماً وَ إِنَّمَا خَرَجْتُ لِطَلَبِ الْإِصْلَاحِ فِی أُمَّةِ جَدِّی ص أُرِيدُ أَنْ آمُرَ بِالْمَعْرُوفِ وَ أَنْهَى عَنِ الْمُنْكَرِ وَ أَسِيرَ بِسِيرَةِ جَدِّی وَ أَبِي‏ عَلِيِّ بْنِ أَبِی طَالِبٍ ع فَمَنْ قَبِلَنِی بِقَبُولِ الْحَقِّ فَاللَّهُ أَوْلَى بِالْحَقِّ وَ مَنْ رَدَّ عَلَيَّ هَذَا أَصْبِرُ حَتَّى يَقْضِيَ اللَّهُ بَيْنِی وَ بَيْنَ الْقَوْمِ بِالْحَقِّ وَ هُوَ خَيْرُ الْحاكِمِينَ وَ هَذِهِ وَصِيَّتِی يَا أَخِی إِلَيْكَ وَ ما تَوْفِيقِی إِلَّا بِاللَّهِ عَلَيْهِ تَوَكَّلْتُ وَ إِلَيْهِ أُنِيبُ.

 

“Bağışlayan və mehriban Allahın adı ilə. Bu, Hüseyn ibn Əbutalibdən (ə) İbn Hənəfiyyə kimi tanınan qardaşı Məhəmmədə bir vəsiyyətnamədir. Hüseyn şəhadət verir ki, şəriki olmayan yeganə Allahdan başqa, heç bir məbud yoxdur və Muhəmməd (s) Onun bəndəsi və tərəfindən haqq olaraq göndərdiyi elçisidir. Cənnət və Cəhənnəm haqdır. Şübhəsiz, Qiyamət günü gələcək və Allah-Taala qəbirlərdə yatanları dirildəcəkdir. Mən təkəbbürlük etmək, həddi aşmaq, fəsad törətmək və zülm etmək üçün qiyama qalxmıram. Yalnız babamın ümmətini islah etmək üçün qiyam edirəm. Pislikdən çəkindirib yaxşılığa dəvət etmək, babam və atam Əli ibn Əbutalibin (ə) üslubuna uyğun hərəkət etmək istəyirəm. Kim mənim haqq sözümü qəbul etsə, Allah onu qəbul etməyə (və mükafatlandırmağa) daha layiqdir. Kim mənim dəvətimi rədd etsə, Allahın mənimlə bu camaat arasında ədalətli şəkildə hökm etməsi üçün gözləyəcəyəm. O, hökm verənlərin ən yaxşısıdır. Bu mənim sənə olan vəsiyyətimdir, ey qardaş! Mənim nailiyyətim yalnız Allahdandır. Ona təvəkkül edirəm və dönüş yerim Onadır.”

 

İmam Hüseyn (ə) vəsiyyətnaməni sona yetirib möhürləyir və qardaşı Məhəmmədə tapşıraraq onunla vidalaşıb Məkkəyə doğru hərəkət edir. ("Məqtəlul-Huseyn", Xarəzmi, c.1, səh.188-189; "Əl-futuh", İbn Əsəm, c.5, səh.33-34 (azacıq fərqlərlə); "Biharul-ənvar", c.44, səh.329-330.)

Bu tarixi vəsiyyətnamə İmamın (ə) qiyamı ilə bağlı gələcək hədəflərini gözəl şəkildə açıqlayır: O həzrətin qiyamı nə ölkə ərazilərini artırmaq, nə camaat üzərində hakimiyyətə yiyələnmək, nə də mal-dövlət və vəzifə əldə etmək məqsədi daşıyırdı, əksinə hədəfi İslam ümmətini islah etmək, səriştəsizlərin hakimiyyətinin təsiri ilə meydana çıxan pozuntuları aradan qaldırılmaq, yaxşılığa dəvət və pislikdən çəkindirmək, Allah Rəsulu (s) və Əmirəlmöminin Əlinin (ə) sünnəsini dirçəltmək idi.

Şübhəsiz, Bəni-Üməyyə zülmkarlarının yaratdığı təhlükəli vadiyə qədəm qoymağın yalnız ilahi hədəfi ola bilərdi. Amma yaxını görən, sağlıq və məsləhəti düşünənlər bunu bəyənmədilər, anlamadılar. (Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi, Ayətullah Məkarim Şirazi, səh.504-507.)

Maide.az