Xəbər verdiyimiz kimi, İmam Rzanın (ə) hərəmi Fitr bayramından sonra zəvvarların ziyarəti üçün açıldı.
Maide.Az “tasnimnews”a istinadla xəbər verir ki, bir neçə gün öncə İranın Koronavirusla mübarizə qərargahının qərarı ilə iki aydan çox bağlı qalan İmam Rzanın (ə) hərəmi Fitr bayramından sonra açılacağına qərar vermişdi.

Məluamta görə, İmam Rzanın (ə) hərəmi, Qum şəhərində Həzrət Məsumənin (s) hərəmi və İranda olan digər ziyarətgahlar da bu gün səhər tezdən zəvvarların ziyarəti üçün açılıb.
69 gün ayrılıqdan sonra İmam Rzanı (ə) ilk ziyarət etmək istəyən onlarla zəvvar ötən gecədən səhərədək hərəmin giriş qapısının qarşısında gözləyiblər.
Hərəmlərin ziyarəti üçün vaxt məhdudiyyəti tətbiq olunmayacaq. Belə ki, səhər zəvvarların üzünə açılan ziyarətgah gün batana kimi fəaliyyət göstərəcək. Ziyarətgahda camaat namazları qılınmayacaq.