İmam Sadiqin (ə) səhabələrinə yazdığı məktub-2

وعَلَيكُم بِحُبِّ المَساكينِ المُسلِمينَ، فَإِنَّهُ مَن حَقَّرَهُم وتَكَبَّرَ عَلَيهِم فَقَد زَلَّ عَن دينِ اللّهِ، وَاللّهُ لَهُ حاقِرٌ ماقِتٌ، وقَد قالَ أبونا رَسولُ اللّهِ(ص): أمَرَني رَبّي بِحُبِّ المَساكينِ المُسلِمينَ (مِنهُم). وَاعلَموا أنَّ مَن حَقَّرَ أحَدًا مِنَ المُسلِمينَ ألقَى اللّهُ عَلَيهِ المَقتَ مِنهُ وَالمَحقَرَةَ حَتّى يَمقُتَهُ النّاسُ وَاللّه‏ لَهُ أشدُّ مَقتًا. فَاتَّقُوا اللّهَ في إخوانِكُمُ المُسلِمينَ المَساكينَ، فَإِنَّ لَهُم عَلَيكُم حَقًّا أن تُحِبّوهُم، فَإِنَّ اللّهَ أمَرَ رَسولَهُ| بِحُبِّهِم، فَمَن لَم يُحِبَّ مَن أمَرَ اللّهُ بِحُبِّهِ فَقَد عَصَى اللّهَ ورَسولَهُ، ومَن عَصَى اللّهَ ورَسولَهُ وماتَ عَلى ذلِكَ ماتَ وهُوَ مِنَ الغاوينَ.

وإيّاكُم وَالعَظَمَةَ وَالكِبرَ؛ فَإِنَّ الكِبرَ رِداءُ اللّهِ عَزَّوجَلَّ، فَمَن نازَعَ اللّهَ رِداءَهُ قَصَمَهُ اللّهُ وأَذلَّهُ يَومَ القِيامَةِ. وإيّاكُم أن يَبغِيَ بَعضُكُم عَلى بَعضٍ، فَإِنَّها لَيسَت مِن خِصالِ الصّالِحينَ، فَإِنَّهُ مَن بَغى صَيَّرَ اللّهُ بَغيَهُ عَلى نَفسِهِ وصارَت نُصرَةُ اللّهِ لِمَن بُغِيَ عَلَيهِ، ومَن نَصَرَهُ اللّهُ غَلَبَ وأصابَ الظَّفَرَ مِنَ اللّهِ. وإيّاكُم أن يَحسِدَ بَعضُكُم بَعضًا؛ فَإِنَّ الكُفرَ أصلُهُ الحَسَدُ.

وإيّاكُم أن تُعينوا عَلى مُسلِمٍ مَظلومٍ فَيَدعُوَ اللّهَ عَلَيكُم ويُستَجابَ لَهُ فيكُم، فَإِنَّ أبانا رَسولَ‌اللّهِ(ص) كانَ يَقولُ: إنَّ دَعوَةَ المُسلِمِ المُظلومِ مُستَجابَةٌ. وَليُعِن بَعضُكُم بَعضًا، فَإِنَّ أبانا رَسولَ‌اللّهِ(ص) كانَ يَقولُ: إنَّ مَعونَةَ المُسلِمِ خَيرٌ وأعظَمُ أجرًا مِن صِيامِ شَهرٍ وَاعتِكافِهِ فِي المَسجِدِ الحَرامِ.

وإيّاكُم وإعسارَ أحَدٍ مِن إخوانِكُمُ المُسلِمينَ أن تُعسِروهُ بِالشَّيءِ يَكونُ لَكُم قِبَلُهُ وهُوَ مُعسِرٌ، فَإِنَّ أبانا رَسولَ اللّه‏(ص) كانَ يَقولُ: لَيسَ لِمُسلِمٍ أن يُعسِرَ مُسلِمًا، ومَن أنظَرَ مُعسِرًا أظَلَّهُ اللّهُ بِظِلِّهِ يَومَ لا ظِلَّ إلاّ ظِلَّهُ...

وَاعلَموا أنَّ الإِسلامَ هُوَ التَّسليمُ، وَالتَّسليمَ هُوَ الإِسلامُ، فَمَن سَلَّمَ فَقَد أسلَمَ، ومَن لَم يُسَلِّم فَلا إسلامَ لَهُ، ومَن سَرَّهُ أن يُبلِغَ إلى نَفسِهِ فِي الإِحسانِ فَليُطِعِ اللّهَ، فَإِنَّهُ مَن أطاعَ اللّهَ فَقَد أبلَغَ إلى نَفسِهِ فِي الإِحسانِ.

وإيّاكُم ومَعاصِيَ اللّهِ أن تَركَبوها، فَإِنَّهُ مَنِ انتَهَكَ مَعاصِيَ اللّهِ فَرَكِبَها فَقَد أبلَغَ فِي الإِساءَةِ إلى نَفسِهِ. ولَيسَ بَينَ الإِحسانِ وَالإِساءَةِ مَنزِلَةٌ، فَلِأَهلِ الإِحسانِ عِندَ رَبِّهِمُ الجَنَّةُ، ولِأَهلِ الإِساءَةِ عِندَ رَبِّهِمُ النّارُ، فَاعمَلوا بِطاعَةِ اللّهِ وَاجتَنِبوا مَعاصِيَهُ.

وَاعلَموا أنَّهُ لَيسَ يُغني عَنكُم مِنَ اللّهِ أحَدٌ مِن خلَقِهِ شَيئًا، لا مَلَكٌ مُقَرَّبٌ ولا نَبِيٌّ مُرسَلٌ ولا مَن دونَ ذلِكَ، فَمَن سَرَّهُ أن تَنفَعَهُ شَفاعَةُ الشّافِعينَ عِندَ اللّهِ فَليَطلُب إلَى اللّهِ أن يَرضى عَنهُ. وَاعلَموا أنَّ أحَدًا مِن خَلقِ اللّهِ لَم يُصِب رِضَا اللّهِ إلاّ بِطاعَتِهِ وطاعَةِ رَسولِهِ وطاعَةِ وُلاةِ أمرِهِ مِن آلِ مُحَمَّدٍ صَلَواتُ اللّهِ عَلَيهِم، ومَعصِيَتُهُم مِن مَعصِيَةِ اللّه، ولَم يُنكِر لَهُم فَضلاً عَظُمَ أو صَغُرَ...

سَلُوا اللّه‏ العافِيَةَ وَاطلُبوها إلَيهِ، ولا حَولَ ولا قُوَّةَ إلاّ بِاللّه‏. صَبِّرُوا النَّفسَ عَلَى البَلاءِ فِي الدُّنيا، فَإِنّ تَتابُعَ البَلاءِ فيها وَالشِّدَّةَ في طاعَةِ اللّهِ ووَلايَتِهِ ووَلايَةِ مَن أمَرَ بِوَلايَتِهِ خَيرٌ عاقِبَةً عِندَ اللّهِ فِي الآخِرَةِ مِن مُلكِ الدُّنيا وإن طالَ تَتابُعُ نَعيمِها وزَهرَتِها وغَضارَةُ عَيشِها في مَعصِيَةِ اللّهِ ووَلايَةِ مَن نَهَى اللّهُ عَن وَلايَتِهِ وطاعَتِهِ، فَإِنَّ اللّه‏ أمَرَ بِوَلايَةِ الأَئِمَّةِ الَّذينَ سَمّاهُمُ اللّهُ في كِتابِهِ في قَولِه: «وجَعَلنَاهُم أَئِمَّةً يَهدونَ بِأَمرِنا». وهُمُ الَّذينَ أمَرَ اللّهُ بِوَلايَتِهم وطاعَتِهِم،...

وَاعلَموا أنَّ اللّهَ إذا أرادَ بِعَبدٍ خَيرًا شَرَحَ صَدرَهُ لِلإِسلامِ، فَإِذا أعطاهُ ذلِكَ أنطَقَ لِسانَهُ بِالحَقِّ وعَقَدَ قَلبَهُ عَلَيهِ فَعَمِلَ بِهِ، فَإِذا جَمَعَ اللّهُ لَهُ ذلِكَ تَمّ لَهُ إسلامُهُ وكانَ عِندَ اللّهِ ـ إن ماتَ عَلى ذلِكَ الحالِ ـ مِنَ المُسلِمينَ حَقًّا، وإذا لَم يُرِدِ اللّهُ بِعَبدٍ خَيرًا وَكَلَهُ إلى نَفسِهِ وكانَ صَدرُهُ ضَيِّقًا حَرَجًا، فَإِن جَرى عَلى لِسانِهِ حَقٌّ لَم يَعقِد قَلبَهُ عَلَيهِ، وإذا لَم يَعقِد قَلبَهُ عَلَيهِ لَم يُعطِهِ اللّهُ العَمَلَ بِهِ، فَإِذَا اجتَمَعَ ذلِكَ عَلَيهِ حَتّى يَموتَ وهُوَ عَلى تِلكَ الحالِ كانَ عِندَ اللّهِ مِنَ المُنافِقينَ، وصارَ ما جَرى عَلى لِسانِهِ ـ مِنَ الحَقِّ الَّذي لَم يُعطِهِ اللّهُ أن يَعقِدَ قَلبَهُ عَلَيهِ ولَم يُعطِهِ العَمَلَ بِهِ ـ حُجَّةً عَلَيهِ يَومَ القِيامَةِ. فَاتَّقُوا اللّهَ وسَلوهُ أن يَشرَحَ صُدورَكُم لِلإِسلامِ، وأن يَجعَلَ ألسِنَتَكُم تَنطِقُ بِالحَقِّ حَتّى يَتَوَفّاكُم وأنتُم عَلى ذلِكَ، وأن يَجعَلَ مُنقَلَبَكُم مُنقَلَبَ الصّالِحينَ قَبلَكُم، ولا قُوَّةَ إلاّ بِاللّه، وَالحَمدُ للّهِ رَبِّ العالَمينَ.

ومَن سَرَّهُ أن يَعلَمَ أنَّ اللّهَ يُحِبُّهُ فَليَعمَل بِطاعَةِ اللّهِ وليَتَّبِعنا، ألَم يَسمَع قَولَ اللّهِ عَزَّوجَلَّ لِنَبِيِّهِ(ص): «قُل إن كُنتُم تُحِبّونَ اللّهَ فَاتَّبِعوني يُحبِبكُمُ اللّهُ ويَغفِر لَكُم ذُنوبَكُم»؟ وَاللّه، لا يُطيعُ اللّه‏ عَبدٌ أبَدًا إلاّ أدخَلَ اللّهُ عَلَيهِ في طاعَتِهِ اتِّباعَنا، ولا وَاللّه، لا يَتَّبِعُنا عَبدٌ أبَدًا إلاّ أحَبَّهُ اللّه‏ ، ولا وَاللّه، لا يَدَعُ أحَدٌ اِتِّباعَنا أبَدًا إلاّ أبغَضَنا، ولا وَاللّه، لا يُبغِضُنا أحَدٌ أبَدًا إلاّ عَصَى اللّه‏، وَمن ماتَ عاصِيًا للّه‏ أخزاهُ اللّه‏ وأكَبَّهُ عَلى وَجهِهِ فِي النّارِ، وَالحَمدُ للّه‏ رَبِّ العالَمينَ.

“Yoxsul müsəlmanlara məhəbbəti unutmayın ki, onlara təhqir və təkəbbürlə yanaşan kəs şübhəsiz, Allahın dinində büdrəmişdir. Belə kəsi Allah da təhqir edər və sevməz. Atamız Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Rəbbim mənə yoxsul müsəlmanları sevməyi əmr etmişdir. Bilin ki, müsəlmanı təhqir edənə Allah nifrət və təhqirlə baxar və camaat da ona nifrət edər. Şübhəsiz, Allahın nifrət və qəzəbinə dözmək olmaz. Yoxsul müsəlman qardaşlarınıza qarşı (hər hansı rəftarınıza görə) Allahdan qorxun. Çünki onların sizin boynunuzda məhəbbət haqqı var.” Bu, Allahın Peyğəmbərə əmridir və məhəbbəti vacib olan kəsləri sevməyənlər, şübhəsiz, Allaha və Peyğəmbərinə qarşı çıxmışlar. Allah və Onun Peyğəmbərinə qarşı çıxaraq ölən kəs isə azğınların zümrəsində olacaqdır.

Qürur və təkəbbürdən uzaq olun ki, təkəbbür Allah-Taalanın ridasıdır (libasıdır). Onu yırtmağa cürət edən kəsi isə Allah həlak və qiyamət günü zəlil edər! Bir-birinizə zülm və haqsızlıqdan çəkinin ki, bu, saleh insanların xisləti deyil. Əlbəttə, Allah zülm və haqsızlıq edən hər kəsin zülm və haqsızlığını özünə qaytarar və yardımı isə zülmə məruz qalanlara qismət edər. Uğur və qələbə isə Onun yardım etdiyi kəslədir. Özünüzü həsəddən gözləyin ki, həsəd küfrün köküdür.

Heç vaxt bir məzlum müsəlmana zərbə endirməyə çalışmayın ki, əgər Allahı çağırıb sizə qarğış etsə, qarğışı qəbul olar. Atamız Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Zülmə məruz qalan müsəlmanın duası qəbul olar.” Bir-birinizə yardım edin ki, atamız Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Müsəlmana yardım etmək “Məscidül-Həram”da etikaf saxlayaraq bir ay oruc tutmaqdan yaxşı və savabı çoxdur.”

Müsəlman qardaşlarınız yoxsulluq üzündən verdiyiniz borcu ödəyə bilmədikdə, işi onlara çətinləşdirməyin ki, atamız Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Müsəlmana yaraşmaz ki, (yoxsul və ona borclu olan) müsəlman qardaşını çətinliyə salsın. Allah yoxsul borcluya möhlət verən kəsə başqa bir kölgə olmadığı gün Öz kölgəsində pənah verər...”

Bilin ki, İslam həqiqətdə təslim, təslim də İslamdır. Təslim olan kəs müsəlman, olmayan isə İslamdan uzaqdır. Özünə yaxşılıq etmək istəyən əvvəl Allaha itaət etsin ki, Allaha itaət isə, şübhəsiz, özünə yaxşılıq etməyə can atmaqdır.

Allaha qarşı asi olmaqdan çəkinin ki, Ona qarşı hörmətsizlik və günah həqiqətdə bəndənin özünə pisliyi deməkdir. Yaxşılıqla pislik arasında isə bir əlaqə yoxdur, yaxşılar Rəbbin dərgahında Behiştə, pislər isə Cəhənnəmə varis olacaqlar. Belə isə Allaha itaətkar olun və günahlardan çəkinin.

Bilin ki, Allah dərgahında yaratdıqlarından heç kim – nə üstün mələk, nə mürsəl peyğəmbər, nə də başqası sizin xeyrinizə bir iş görə bilməz. Bəs, kim Onun dərgahında şəfaətçilərin şəfaətindən faydalanacağını arzulayırsa, Onu özündən razı salmağa çalışsın. Eləcə də, heç kim Allahın razılığını Ona, Peyğəmbərə və onun xanədanından olan əmr sahiblərinə (Əhli-beytə) itaət etmədən, onlarla müxalifəti Allahla müxalifət saymaqla böyük və kiçik fəzilətlərinə etiqad bəsləmədən qazana bilməz.

Allahdan yalvararaq afiyət (sağlam ömür) diləyin ki, Ondan başqa güc və qüvvət yoxdur. Dünyada bəla və imtahanlara səbir edin ki, beləcə Allaha itaət etmək, Onun və əmr etdiyi kəslərin vilayətinə tabe olmaq yolunda çətinliklərə dözməyin nəticəsi dünya mülkündən – hətta Ona qarşı çıxmaqla, Onun və vacib etdiyi kəslərin vilayətini pozmaqla əldə edilən dünya nemətləri, ləzzətləri və eyş-işrətləri uzun çəksə belə – daha yaxşıdır (axirətdə Allah yanındadır). Allah Öz kitabında vilayətinə tabe olmağı əmr etdiyi imamlara işarə edərək buyurur: “Biz onları əmrimizlə hidayət (rəhbərlik) edən imamlar qərar verdik!” (“Ənbiya”/73.) Onlar Allahın vilayət verdiyi və itaətində durmağa əmr etdiyi kəslərdir... (Allahın vilayət və itaətindən məhrum kəslər isə, həqiqətdə zəlalətə çəkənlərdir.)

Bilin ki, Allah xeyir vermək istədiyi bəndəsinin sinəsini İslama sarı açar və belə nemət verilən kəsin dili haqq deyər, qəlbilə ona bağlanar və haqqın hüdudlarını aşmaz. Allahın bu sifətlərə sahib etdiyi kəs isə kamil müsəlmandır və bu halda dünyadan getsə, Allah dərgahında həqiqi müsəlmanların sırasında olacaq. Allah istəmədiyi bəndəsini isə özbaşına buraxar, onun sinəsi daralar və daim əzab-əziyyətdə olar. Bir zaman dili haqq söyləsə də, qəlbdən olmaz və əgər qəlbdən də olsa, Allah ona əməl etməyə imkan verməz. Belə sifətləri özündə toplayan kəs isə bu vəziyyətdə dünyadan getsə, Allah dərgahında münafiq sayılacaq və qəlbindən uzaq, yalnız dilində səslənən həqiqətlər isə qiyamət günü əleyhinə qurtaracaq. Bəs, Allahdan qorxun və Ondan sinənizi İslamla genişləndirməyi, diri ikən dillərinizin haqq söyləməsini və axirətdə əvvəlki saleh insanlarla bir olmağınızı istəyin ki, Allahdan başqa güc və qüvvət yoxdur, həmd və şükür də, yalnız aləmlərin rəbbi Allaha məxsusdur.

Hər kəs Allahın onu sevdiyini bilmək istəyirsə, gərək Alaha itaət etsin və bizə tabe olsun. Məgər Allah-Taalanın Öz Peyğəmbərinə (s) bu buyruğunu – “De: “Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın!” (“Ali-İmran”/31.) eşitməyibsinizmi? Allaha and olsun, Ona itaət edən bəndənin itaətində hökmən bizə tabe olmağı da nəzərə alınmışdır! Allaha and olsun, bəndə bizə tabe olmayınca, Allah onu sevməz! Allaha and olsun, bizə tabe olmayan bəndə düşmən sayılar! Allaha and olsun, bizə düşmən olan bəndə isə Allaha qarşıdır! Allah da həmin bəndəni dünyadan getdikdə xar edər və üzüstə Cəhənnəm oduna atar. Həmd və şükür aləmlərin rəbbi olan Allaha məxsusdur!” (“Əl-kafi”, 8-ci cild, səh.2.)

Tərcümə etdi: Rza Şükürlü (Maide.az)

Öncəki yazını BURADAN oxuya bilərsiz!