Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) xarici ölkələrin səfirlərini işğalçı İsrail rejiminin ötən 15 ildə törətdiyi cinayətləri yaxından müşahidə etmək üçün Qəzzaya dəvət edib.
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, HƏMAS ABŞ, Avstraliya, Argentina, Butan, Ukrayna, Kenya, Qvatemala, Çex Respublikası, Macarıstan, Tonqa və Dominik Respublikasının səfirlərini Qəzzadakı humanitar faciə ilə yaxından tanış olmağa çağırıb.
HƏMAS-ın beynəlxalq əlaqələr ofisinin üzvi Basim Nəim bildirib ki, sionist rejim Qəzzanı mühasirədə saxlamaqla yaşayış üçün əlverişsiz bir bölgəyə və dünyanın üstü açıq ən böyük bir zindanına çevirib.
O qeyd edib ki, Qəzzanın mühasirədə saxlanılması beynəlxalq qanunlara əsasən fəlləstinlilər əleyhinə hərbi cinayətdir.
“Qəzza zolağının əhalisinin 70 faizini uşaqlar və gənclər təşkil edir. Bu bölgəsinin əhalisinin içməli su, elektrik və dərman çatışmamazlığı ilə üz-üzədirlər. Əhalinin 80 faizindən çoxu yoxsulluq səviyyəsində yaşayır və əhalinin 50 faizi işsizdir.”
Qeyd edək ki, BMT cümə günü yayımladığı hesabtda bildirib ki, 2021-ci ildə işğalçı İsrail rejimi fələstinlilərə aid 474 evi dağıdıb.
Hesabatda bildirilir ki, evlərin dağıdılması nəticəsində 656 fələstinli evlərindən didərgin düşüb. Onlardan 359-u uşaqlardır.