Masallıda 3,1 maqnituda gücündə zəlzələ olub

Masallı rayonunda zəlzələ qeydə alınıb. 
 
Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a verilən məlumata əsasən, yerli vaxtla saat 06:45-də Lənkaran stansiyasından 26 km cənub-şərqdə Masallı rayonunda 3,1 bal gücündə zəlzələ baş verib. 
 
Zəlzələ 19 km dərinlikdə baş verib.