'Masallı məhbusları' ndan ikisi azadlığa çıxıb - FOTO

Sentyabrın 9-da hüquq müdafiə təşkilatlarının siyasi məhbus elan etdiyi daha iki nəfər azadlığa buraxılıb.
 
Azadlığa çıxanlar Rza Ağalı və Ziya Tahirovdur. 
 
Maide.Az xəbər verir ki, bu haqda azadlığa çıxan məhbusların yaxınları məlumat verib. 
 
Onlar həbs müddətləri başa çatdığına görə azad ediliblər. 
 
Lənkəran Ağır Cinayətlər Məhkəməsi 2012-ci ildə cenubnews.com saytının təsisçisi və baş redaktoru Araz Quliyevlə Xalid Kazımovu 8, Ziya Tahirovla Rza Ağalını 7, Surac Ağayevi isə 5 il,  Namiq Kişiyev və Nicat Əliyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi.