Mübarək Ramazan ayı təqvimi və duaları - 23-cü günün duası (VİDEO)

Bakıda sübh azanı saat 03:46-da, axşam azanı isə saat 20:07-dədir.
 
اللَّهُمَّ اغْسِلْنِي فِيهِ مِنَ الذُّنُوبِ وَ طَهِّرْنِي فِيهِ مِنَ الْعُيُوبِ وَ امْتَحِنْ قَلْبِي فِيهِ بِتَقْوَى الْقُلُوبِ يَا مُقِيلَ عَثَرَاتِ الْمُذْنِبِينَ 
 
Duanın oxunuşu: Əllahumməğsilni fihi minəz zunub, və təhhirni fihi minəl uyub, vəmtəhin qəlbi fihi bitəq-vəl qulub, ya muqilə əsəratil muznibin. 
 
Duanın tərcüməsi:  İlahi, bu gün mənim günahlarımı yu, çirkin və eyibli işlərdən təmizlə, qəlbimə qəlblərə aid olan təqva ilə qurtuluş ver! Ey günahkarların tövbəsini qəbul edən! 
 
 
 
İFTAR DUASI
 
اللَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي
 
Duanın oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.
 
Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!
 
Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz:
23-cü gün - 8 rukət (Hər rukətdə 1 Həmd,1 istənilən surə)