Rusiya ATƏT-in Minsk qrupundakı təmsilçisini dəyişdirdi

İyulun 29-da Rusiya mətbuatı ATƏT-in Minsk qrupunun rusiyalı həmsədrinin dəyişməsi barədə xəbər yaydı.
 
Maide.Az "turan"a istinadla xəbər verir ki, beləliklə, İgor Popovu əvvəllər Rusiyanın Filippinlərdəki səfiri vəzifəsində çalışmış 59 yaşlı İqor Xovaev əvəzlədi.
 
Xovaev Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin məzunudur. O, Rusiya Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, ingilis, fransız və vyetnam dillərini bilir.  
 
 Digər həmsədrlər Fransadan Stefan Viskonti, ABŞ-dan Endrü Skoferdir.