Minneapolisdə etiraz edən kütlənin üzərinə avtosistern sürülüb

Minneapolis şəhərində etiraz aksiyası keçirən insanların üzərinə avtosistern sürülüb.

 
Bununla bağlı kadrları RT yayımlayıb.
 
Məlumata görə, insanlar maşının sürətini azaltmaq üçün təkərlərin altına velosiped atıblar. Maşın dayandıqdan sonra isə aksiyaçılar sürücünü döyüblər.
 
O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
 
Minnesota ştatının yol patrul xidmətinin məlumatına görə, sürücü bu addımı bilərəkdən atıb.
 
Hadisə nəticəsində zərərçəkənlərin olmadığı bildirilir.(oxu.az)