Aralıq dənizinin Liviya sahillərində göyərtəsində 20 miqrantın olduğu gəmi batıb.
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, miqrantları xilas etmək üçün İtaliya donanmasına məxsus təyyarə köməyə gəlib.
Öncə dənizə 2 rezin qayıq atılıb, daha sonra xilasedici gəmilər hadisə yerinə çağırılıb. İlk yardım sayəsində 3 nəfər xials edilib.
Məlumata görə, 3 nəfər ölüb, 14 nəfər isə itkindir.