Moskvada “Ramazan çadırı” qurulub (FOTO-VIDEO)

Artıq 9 ildir ki, Rusiya paytaxtında hər il mübarək Ramazan ayı münasibəti ilə “Ramazan çadırı” istifadəyə verilir və bu, Moskvada gözəl ənənəyə çevrilib.
Maidə.az-ın məlumatına görə, bu ildə Moskva meriyası və Rusiya Müftilər Şurasının dəstəyi ilə “Ramazan çadırı” şəhərin “Miniskaya” məscidin yanında qurulub.
Tədbirdə 30 gün ərzində müxtəlif  məzhəb və din mənsubları, o cümlədən yəhudilər və xristianlar üçün də müxtəlif mədəni proqramlar təşkil olunacaq. Moskvada yaşayan Tatar, Azərbaycan, Türkmənistan, İran, Türkiyə və Pakistan müsəlmanlarının hər birinin ayrı-ayrılıqda mədəniyyət günləri təşkil ediləcək, iftar süfrələri veriləcək. Gündəlik 700 nəfər bu tədbirə baxış keçirir, Quran qiraəti dərslərində, fəlsəfi və dini mövzularda təşkil olunan dəyirmi masalarda iştirak edir və oradakı müzakirələrdən yararlanırlar.
Qeyd edək ki, bu çadırda hər gün Moskva möminlərinə və ümumilikdə yoxsullara iftar süfrəsi açılır. İftar süfrəsində qeyri-müsəlmanlar da iştirak edirlər.
“Ramazan çadırı”nın açlışında Rusiyanın Muftilər Şurasının nümayəndələri, ilahiyyatçılar, dövlət rəsmiləri, xristian və yəhudi icmalarının nümayəndələri və digər rəsmilər iştirak ediblər.  
Natiqlər çıxışlarında bu işin müsəlman dövlətləri, eləcə də Rusiyada yaşayan müsəlmanlar arasında dostluğun göstəricisi olduğunu bildiriblər.