Müsəlman ölkələrinin hər birində və dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanlar Fitr bayramını özlərinəməxsus şəkildə qeyd edir.
Maide.Az xəbər verir ki, Fitr bayramı hər il mübarək Ramazan ayının sonunda müsəlmanlar tərəfindən təntənəli şəkildə keçirilən ən önəmli İslami bayramlardan biridir.
Dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanlar bu bayramı yaşadıqları ölkələrdə olan qanunlar çəçivəsində sevinclə qeyd edir.
Bəzi ölkələrdə yaşayan müsəlmanlar mübarək Ramazan ayının sonunda üç gün Fitr bayramı şənliyi keçirir. Bəzi müsəlmanlar isə qeyri- İslami ölkələrdə yaşadıqları üçün bu bayramı öz aralarında qeyd etsələr də dövlət tərəfindən bayram münasibəti ilə xüsusi bir tədbir və ya tətil yoxdur.
Vətənimiz Azərbaycanda Ramazan ayının sonunda 2 gün bayram elan olunur. Bayramın ilk günü ölkənin müxtəlif bölgələrində məscidlərdə bayram namazı qılınır. İnsanlar bir-birlərini təbrik edir və şirniyyatlar paylanılır.
Bayram təntənəsi Kuveyt, Qətər, BƏƏ, Əfqanıstan və İraqda həftənin ikinci günü, Azərbaycan, İran, Nigeriya, Misir, Suriya, İordaniya, Yaponiya, Malaziya, Hindistan, Avstraliya və digər bölgərində həftənin çərşənbə günü qeyd olunub.
Azərbaycan, Bakı
İran, Tehran
Amira, 10 aylıq qız usage, Buxarest / Ruminiya
Əfqanıstan, Məzar-Şərif möminləri fitr namazını qılmaq üçün Kəbud məscidinə gəlir
Suriyanın Dəməşq şəhərində Hərəm Müdafiəçilərinin iştirakı ilə Fitr bayramı namazı
İstanbul, Suleymaniyə məscidi
Efiopiya, Əddis-Əbəbə stadionu- Fitr bayramı namazı
Beytül-Müqəddəs, bayram şirniyyatı
Konqo Demokratik Respublikasının paytaxtı Kinşasa
Rusiya, Moskva
Nigeriya, Abudje
Pişəvərdəki məsciddə olan uşaqlar Ramazan bayramı münasibətilə əllərini boyayıb