Nəfsin halları və mərtəbələri-2

Qurani-Kərimdə nəfsin halları və mərtəbələri zikr olunmuşdur. Nəfsin halları və mərtəbələrinə nəzər salaq:

1. “Əmmarə nəfs”

Nəfsin ilkin mərhələsidir və bu barədə Qurani-Kərimin “Yusif” surəsinin 53-cü ayəsində belə buyurulur:

إِنَّ النَّفْسَ لأَمَّارَةٌ بِالسُّوءِ إِلاَّ مَا رَحِمَ رَبِّيَ

“Doğrudan da, Allah rəhm etməyəcəyi təqdirdə nəfs pisliyə əmr edəndir.”

Aşağıda adıçəkilən nəfs halları da bu nəfsə daxildir:

–Dəssayi nəfs;

–Səfəhi nəfs;

–Təsvili nəfs;

“Şəms” surəsinin 10-cu ayəsində “Dəssayi nəfs” barəsində oxuyuruq:

وَقَدْ خَابَ مَن دَسَّاهَا

“Nəfsini günah fisq-fücurla örtən şəxs Allahın rəhmətindən məhrum oldu.”

“Bəqərə” surəsinin 130-cu ayəsində “Səfəhi nəfs” barəsində buyurulur:

وَمَن يَرْغَبُ عَن مِّلَّةِ إِبْرَاهِيمَ إِلاَّ مَن سَفِهَ نَفْسَهُ

“Özünə səfehliyi rəva biləndən savayı kim İbrahim ayinindən üz döndərər?”

“Yusif” surəsinin 18-ci ayəsində “Təsvili nəfs” barəsində buyurulur:

قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنفُسُكُمْ أَمْرًا

“Yəqub oğlanlarına dedi: Yusifi canavar yeməyib. Əslində nəfsiniz çirkinliyi sizə gözəl göstərib.”

2. “Ləvvamə nəfs”

İnsаnın dаxilində bir qüvvə vаrdır ki, günаhа düşdükdən sonrа onu dаnlаyıb qınаyır, məzəmmət edir və özünün аrdıcıl zərbələrilə ruh аrаmlığını əldən аlır. Qurаni-Kərim onu “ləvvаmə nəfs”, müаsir аlimlər isə “vicdаn əxlаqı” аdlаndırırlаr. “Qiyаmət” surəsinin 2-ci аyəsində də ona and içilir:

لَا أُقْسِمُ بِيَوْمِ الْقِيَامَةِ. وَلَا أُقْسِمُ بِالنَّفْسِ اللَّوَّامَةِ

“Аnd olsun Qiyаmət gününə və ləvvаmə nəfsinə (özünü qınаyаn, dаnlаyаn nəfsə)!”

Dini mətnlərdən məlum olduğu kimi, “ləvvаmə nəfs”, yаxud vicdаn əxlаqı insаnın fitrətinin bir hissəsidir və Аllаh-Tааlа bu qüvvəni insan dаxilində qərаr vermişdir ki, xeyir və şər yolunu tаnıyıb, ilаhi peyğəmbərlər vаsitəsilə lаyiqli kаmаlа çаtsın.

2. “Mütməinnə nəfs”

Nəfsin üçüncü mərhələsi “Mütməinnə (arxayın) nəfs”dir. Bu nəfsə sahib insan kamillik mərhələsinə çatır. İnsan bu mərhələdə bir mərhəlyə yetir ki, həddi aşmış nəfs onun müqabilində ram olur, əql və imanla mübarizədə özündə güc görmür. Çünki mütməinnə nəfsə sahib insanın əql və imanı o qədər güclü olur ki, nəfs istəkləri onun qarşısında gücünü itirmiş olur.

Bu mərhələdə nəfs sakit, arxayın, rahat və aramdır. Bu məqam peyğəmbərlərə, imamlara və onların həiqiqi ardıcıllarına – ilahi insanların məktəbində iman və təqva dərsi almış, uzun müddət nəfsini saflaşdırmaqla, böyük cihadla məşğul olmuş şəxslərə məxsusdur. “Fəcr” surəsinin 27-30-cu аyələrində bu nəfs haqqında belə buyurulur:

يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ. ارْجِعِي إِلَى رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً. فَادْخُلِي فِي عِبَادِي. وَادْخُلِي جَنَّتِي

“Ey (təqvanın sayəsində kamala yetən) arxayın nəfs, dön Rəbbinə tərəf! Həm sən Ondan razı, həm də O səndən! Mənim bəndələrimin zümrəsinədaxil ol, Cənnətimə daxil ol!”

Bu ayələrə əsasən, insan nəfsin “əmmarə” (əmr edən) və “ləvvamə” (qınayan) mərhələsini müvəffəqiyyətlə arxada qoyaraq bəndəlik məqamını, “mütməinnə” (arxayın) dərəcəsini əldə edir, ruhu asayiş tapır və şeytanın cilovunu birdəfəlik qırır. (“Kumeyl duasının şərhi”, Ustad Hüseyn Ənsarian, səh.479-481.)

Maide.Az

 

Birinci yazını BURADAN oxuya bilərsiz