NASA Marsda həyat izlərinə dair foto paylaşıb - FOTO

ABŞ-ın Milli Kosmik və Aviasiya Agentliyi (NASA) Marsın kosmik həyata ev sahibliyi etdiyinə dair fotoları paylaşıb.
 
Maide.Az  “A Haber”ə istinadla  xəbər verir ki, bildirilib ki, NASA Marsda qurumuş bir çayın fotosunu çəkib. Alimlər “Perseverance” Mars gəzəyəni tərəfindən çəkilən və milyardlarla il əvvəl bu planetdə suyun axdığını əks etdirən foto “Journal of Science” (“Elm jurnalı”) jurnalında dərc edilib.
 
Alimlər bunu “bənzəri görünməmiş informasiya nöqtəsi” adlandırıb.