NATO Əfqanıstanın şimal şərqinin bombalayır, ölənlər var

Badaşxan əyalətinə endirilən zərbələr nəticəsində dinc sakinlərdən  iki nəfər həyatını itirib və 15 nəfər yaralanıb.
 
Maide.Az "AA"a isitnadla xəbər verir ki, bu barədə Badaşxan əyalətinin rəhbəri Əhməd Bəşir Səmim məlumat verib. 
 
Onun sözlərinə görə bombalar Varduç aəzasına düşüb. 
 
Əfqanıstan müdafiə nazirliyinin nümayəndəsi Favad Aman bildirib ki, dinc sakinlər həm də Taliban hərəkatının hərçiləri tərəfindən qətlə yetirilir.
 
Şahidlərin sözlərinə görə Badaşxan əyalətinə endirilən zərbələr  NATO hərbi təyyarələrindən atılıb. 
 
NATO-da  isə bu hadisəyə heç bir münasibət bildirməyərək susurlar. 
 
Qeyd edək ki Əfqanıstanda meharibə artıq 18 ildir ki davam edir.  Minlərlə insan şəhid edilib və milyonlarla vətəndaş ölkədən qaçmağa vadar olub. 
 
BMT isə hər zaman bilrdirir ki, bu bölgədə sülhün bərpa olunması üçün hər mümkün vasitədən yararlanmaq lazımdır.