NATO baş katibi deyib ki, ABŞ Əfqanıstanı dərhal tərk etməyəcək

NATO-nun baş katibi Jens Stoltenberg deyib ki, alyans Əfqanıstanı bu ölkədə təhlükəsizlik şəraiti yaranmadan oranı tərk etməyəcək.
 
Son günlərdə Əfqanıstanda artmaqda olan zorakılıq Qətərdə davam edən əfqandaxili danışıqlar üçün real təhlükə yaradır.
 
Stoltenberg oktyabrın 21-də deyib:
 
“Biz Əfqanıstana birlikdə gəlmişik, şəraitə birlikdə uyğunlaşacaq və vaxtı gələndə, şərait buna imkan verəndə buranı birlikdə, koordinasiyalı qaydada tərk edəcəyik. Bu bütün müttəfiqlərimizin öhdəliyidir və mən tamamilə əminəm ki, bütün müttəfiqlər öhdəliklərinə sadiq qalacaqlar”.
 
NATO Əfqanıstana 2003-cü ildə Talibanı hakimiyyətdən salmaq məqsədilə müdaxilə edib.
 
Hazırda NATO-nun Əfqanıstanda 12 minlik əsgəri qüvvəsi var. Bunlardan 8 mini ABŞ hərbçiləridir. /azadliq.org/