NATO İraqdakı missiyasını artırır

NATO müdafiə nazirləri İraqda alyansın missiyasının genişləndirilməsi üçün hərbi komandanlara tapşırıq veriblər.
 
Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib. O, NATO missiyasının sayının genişləndirilərək neçə nəfərə çatdırılacağını açıqlamayıb:
 
“İndidən missiyanın sayının nə qədər olacağını söyləmək çətindir, amma o, indikindən xeyli çox olacaq. Biz detallı planlaşdırma ilə məşğuluq”.