Neftin qiymətlərində növbəti ucuzlaşma qeydə alınıb

Dünya birjalarında neftin qiyməti aşağı düşməkdə davam edib. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 0,50 dollar ucuzlaşaraq 101,79 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barelinin qiyməti 0,12 dollar aşağı düşərək 108,16 dollar olub.
“AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə London birjasında 1,12 dollar enərək 110,93 dollar təşkil edib.