İngiltərədə Avropanın ilk ekoloji məscidin açılışı olub

İngiltərənin Kembric şəhərində Avropanın ilk ekoloji əsaslı məscidinin açılışı olub.

Maide.Az xəbər verir ki, 1300 nəfərlik məscid “Avropanın ekoloji tələblərə cavab verən ilk məscidirir”.

Məsciddə günəş batareyası panelləri, axıntı sularının təkrar təmizlənməsi, təbii isitmə və soyutma sistemləri quraşdırılıb.

Məscidin tikintisində və quraşdırılmasında maksimum ekoloji təmiz materiallardan istifadə olunduğu bildirilir. Məscid tikintisi ümumilikdə 23 milyon funt sterlinqə (30 milyon dollar) başa gəlib. /azertac