Bakıda yol qəzası olub.
Hadisə Qara Qarayev prospekti ilə Özbəkistan küçəsinin kəsişməsində qeydə alınıb.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, qəza səbəbindən hadisə yerində tıxac yaranıb:
"Hazırda qeyd edilən ərazidə (metronun "Qara Qarayev" stansiyası istiqamətində) sıxlıq müşahidə olunur".