`NİMEYİ ŞƏBAN` GECƏSİNİN ƏMƏLLƏRİ

Bu gecə yəni on dörd şəban, "Qədr" gecəsindən sonra ən fəzilətli gecədir! 
O cümlədən, bu gecənin bərəkətlərindən biri də odur ki, əsrin sultanı İmami Zaman (əc) bu gecənin səhəri dünyaya gəlib və bu aya öz şərafətini bəxş edib.
Şaban ayının on beşi "Nimeyi Şaban"da (2015-ci ildə iyun ayının 2-dən 3-nə keçən gecə) Zamanın sahibi Həzrət İmam Mehdi (əc) dünyaya gəlmişdir.. 
Həzrəti Peyğəmbər (s) belə buyurmuşdur:
«… Bu gecə ruzilərin bölündüyü, əcəllərin yazıldığı və həccə gedəcək insanların siyahısının müəyyənləşdiyi gecədir...» 
Beşinci İmam Muhəmməd Baqirdən (ə) bu gecənin fəziləti haqqında soruşulduqda o Həzrət (ə) belə buyurdu: 
- "Bu gecə Qədr gecələrindən sonra ən fəzilətli gecədir. Allah-Taala bu gecədə bəndələrinə fəzl (və bərəkət) əta edir və onların günahlarını öz kəraməti ilə bağışlayır. Belə isə Allaha yaxınlaşmaq üçün çalışın. Allah Təala öz müqəddəs zatına and içib ki, bu gecə heç bir əli nə qədər ki, günah tələb etməyib, öz dərgahından boş qaytarmayacaqdır.!"
Bu gecə üçün bir çox əməllər zikr olunmuşdur, o cümlədən:
1. Qüsl
2. Əhya saxlamaq (istiğfar, dua və s.)
3. İmam Hüseyn (ə) ziyarəti. Ən azı açıq havaya çıxıb sağa, sola və daha sonra göyə nəzər salaraq, o Həzrəti belə ziyarət etsin: "Əssəlamu Əleykə ya Əba Əbdillah, əssəlamu əleykə və rəhmətullahu və bərəkətuhu".
4. Şaban ayının istiğfarı:
«Əstəğfirullahə və əsəluhut-təubə»
5. Kumeyl duası
6. Bu zikrləri ardıcıl olaraq demək: "Subhanəllah", "Əlhəmdulillah", "Allahu Əkbər", "La İlahə İlləllah" (hərəsi 100 dəfə)
7. İki rükət namaz: 1-ci rəkətdə "Həmd", "Kafirun". 2-ci rükətdə "Həmd", "İxlas". Namazdan sonra deyilir: "Subhənallah" 33 dəfə, "Əlhəmdulillah" 33 dəfə, "Allahu Əkbər" 34 dəfə.
8. Səcdədə bu duanı oxumaq: "Səcədə ləkə səvadi və xəyali və amənə bikə fuadi hazihi yədayə vəma ğənəytuhu əla nəfsi, ya əzimu turcali kuli əzim, ixfirliyəl əzim və innəhu la yəğfiruz-zəmbəl əzimə illər-rəbbul əzim". Səcdədən qalxaraq yenidən səcdəyə getmək və demək: "Əuzu binnuri vəchikəlləzi əzaət ləhus səmavatu vəl ərəzun vəl kəşəfət ləhuz zulumat və sələhə əleyhi əmrul əvvəlin vəl axirin min fucəti nəğimətik və min təhvili afiyətik və min zəvali nemətik. Allahummərzuqni qəlbən təqiyyən nəqiyya və minəş şirki vəla kafirən və la şəqiyyən". Sonra sağ üzünü, sonra sol üzünü möhürə qoyub deyirsən: "Əffərtu vəchi fitturab və nuqqəli ən əscudu lək".
9. Cəfər-Təyyar namazını qılmaq
10. Yüz rəkətli namaz: hər rəkətdə "Həmd", 10 dəfə "İxlas".
Qeyd edək ki, Nimeyi Şəban gecəsinin əməllərini ətraflı şəkildə "məfatihul Cinan" kitabından öyrənə bilərsiniz. Allah ibadət və dualarınızı qəbul eləsin. Amiin! /