Növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək

Dövlət başçısının 5 dekabr tarixli sərəncamı ilə Azərbaycanda  növbədənkənar parlament seçkiləri 2020- ci il fevralın 9-na təyin edilib.
 
Sərəncamın mətnində deyilir ki, beşinci çağırış parlamentin buraxılması barədə qərar Milli Məclis üzvlərinin 2 dekabr tarixli müraciəti və Konstitusiya Məhkəməsinin 4 dekabr tarixli qərarı əsasında qəbul edilib.